F-1.az xəbər verir ki, FİA-nın prezidenti federasiyanın ekologiyanın xeyrinə olan yeniliklərdə daima maraqlı olduğunu deyib
Mohammed Ben Sulayem: “FIA uzun müddətdir ki, avtoidmanın dünyaya yeni texnologiyalar gətirməsini müdafiə edir. Formula2 və Formula3 üçün Ümumdünya Şurası tərəfindən təsdiq edilmiş qabaqcıl dayanıqlı yanacaqların tətbiqi karbon neytrallığına gedən yolda mühüm mərhələdir və Formula1-də 100% dayanıqlı yanacaqların tətbiqi istiqamətində irəliləyişimizin əsas göstəricisidir.”