F-1.az xəbər verir ki, dünən Formula2 seriyasının veteran sürücüsü Cehan Daruvala 2023-cü ildə trasa çıxan ilk sürücü olub.
Amma ilk dövrəvi zaman nəticəsi digər veteran sürücü Ralf Boşunqdan gəlib – 1:45.652. Əvvəlcə sürücülər ciddi hücum etməyiblər, yalnız ilk saatın tamamında sürətli nəticələr bir-birini əvəzləyib. Daruvala 1:45.574 nəticə ilə liderliyə yüksəldikdən sonra, Zeyn Məloni trasda dayanıb və qırmızı bayraqların dalğalanmasına səbəb olub.
Testlər canlanandan dərhal sonra Teo Purşer heç kimin keçə bilmədiyi 1:45.226 nəticə ilə liderliyi ələ keçirib. Oliver Birman isə ən çox məsafə qət edən sürücü olub – 37 dövrə.
Nahardan sonra ilk ən sürətli dövrəni gözləmək çox vaxt çəkməyib, Riçard Fershor ilk beş dəqiqədə 1:46.083 nəticə ilə protokollarda ilk sətri zəbt edib. Amma günəş batdıqca, trasın temperaturu aşağı düşdükcə, tras işlənmiş rezinq atı ilə örtüldükcə sürətlər artıb.
Testlərin bitməsinə bir saat qalmış trasdakı işlər qırmızı bayraqlarla dayandırılıb – bu dəfə Frederik Vesti trsda dayanıb. Sessiyanın bərpasından sonra sürücülər sürətli dövrələr mübadiləsi aparıblar və ən yaxşı nəticəni yenə də ART Grand Prix təmsilçisi Teo Purşer göstərib – 1:42.165. Ən çox məsafəni isə 39 dövrə ilə Cək Duhın tamamlayıb.
Həm F2, həm də F3 testlərinin ilk günü ART Grand Prix komandasının sürücülərinin liderliyi ilə başa çatıb…