F-1.az xəbər verir ki, səhər sürücülər uzun dövrələr seriyasında çalışıblar, yarışın imitasiyasını həyata keçiriblər. Sessiya rahat və sakit keçib, ciddi insidentlər və qırmızı bayraqlar olmayıb. Ən yaxşı nəticəni Ralf Boşunq göstərib (1:45.027), ən böyük məsafəni isə Roy Nissani (46 dövrə) qət edib.
Fasilədən sonra trasda işlər davam etdirilib. Gün ərzində sürücülər boş çənlərlə qısa dövrələr seriyalarına diqqət yetiriblər. Testlər bir dəfə qırmızı bayraqlarla dayandırılıb – sona iyirmi dəqiqə qalmış Roman Stanek trasda dayanıb.
Trident sürücüsünün maşını dərhal trasdan çıxarılıb və testlərin bərpasından sonra Kush Maini ən yaxşı nəticəyə imza atıb – 1:42.623. Ən uzun məsafəni isə Ayzek Həcər (51 dövrə) qət edib.
Növbəti dəfə Formula2 sürücüləri martın 3-5-də Bəhreynin Saxir trasında keçiriləcək mövsümün ilk mərhələsində trasa çıxacaqlar.