F-1.az xəbər verir ki, səhər saatlarında komandalar əsas diqqəti uzun məsafə üzərində işlərə yönəldərək sərt təkərlərlə işləyiblər. Ən yaxşı nəticəni Prema komandasının sürücüsü Frederik Vesti göstərib – 1:44.234 saniyə.
Sürücülər öz proqramlarına uyğun işləyiblər, lakin testlərin başlamasından bir saat sonra qısa fasilə verməli olublar. Səbəb Roman Stanekin altıncı döngədə dayanması və qırmızı bayraqların çıxması olub.
Trident bolidi trasdan çıxarıldıqdan sonra testlər davam etdirilib. On səkkiz pilot otuzdan çox dövrə vurub və Campos komandasının sürücüsü Kuş Maini ən çox məsafə qət edib – 50 dövrə.
Nahardan sonra sürətlər artıb, lakin trasda iş iki dəfə qırmızı bayraqlarla dayandırılıb. İlk saatda Teo Purşer trasda dayanıb və yarışların bitməsinə doqquz dəqiqə qalmış Klement Novalak trasda yavaşlayıb.
Ən sürətli nəticəyə (1:42.140) imza atan Van Amersfoort Racing komandasının sürücüsü Riçard Fershor protokollarda Viktor Marteni cəmi 0.008 saniyə qabaqlayıb. Ən uzun məsafəni (34 dövrə) isə Xuan Manuel Korrea qət edib.
Bəhreyn Formula2 testləri bu gün başa çatacaq