F1 yeni qlobal tərəfdaş axtarır

Hazırda on şirkət Formula1-in qlobal tərəfdaşı statusuna malikdir - Aramco, AWS, Crypto.com, DHL, Emirates, Heineken, MSC Cruises, Pirelli, Rolex və Salesforce.

F-1.az SportBusiness resursuna istinadən xəbər verir ki, çempionatın sahibləri Emirates şirkətinə əvəzləyici axtarırlar.

Dubay mərkəzli aviaşirkət ilə hazırkı sponsorluq müqaviləsi bu ilin sonunda başa çatır. Tərəflər uzun müddətdir ki, əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparır, lakin razılığa gələ bilmirlər. Səbəb müqavilənin dəyəri ilə bağlı fikir ayrılığıdır – Formula1 aviaşirkət tərəfindən sponsorluq ödənişlərini ikiqat artırılmasında israr edir. Tərəflər arasındakı indiki müqavilənin dəyəri təxmini hesablamalara görə illik 25 milyon dollardır.

Yeni şərtlər Emirates-ə uyğun gəlməyib. Çempionatın rəhbərliyi də qlobal tərəfdaşlıq şərtlərini ödəməyə hazır olan başqa aviaşirkət axtarır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*