F-1.az bildirir ki, müqaviləyə çərçivəsində stadionda icarəyə verilən elektrik kartinq trası açılacaq və Formula1-in dəstəyi ilə kartinq məktəbi təşkil olunacaq.
Stefano Domenikali: “Biz idmanımızı bütün dünyada inkişaf etdirməyə davam edirik. Tottenham Hotspur kimi brendlə işləmək Formula1 və avtoidmanın yeni və müxtəlif auditoriyalara çatmasına imkan verəcək. Kart trası ailələrin, dostların və dünyanın hər yerindən gələn yarışçıların avtoidmanla tanış ola biləcəyi yer olacaq.
Formula1 və Tottenham Hotspur yeni yaradılmış F1 Akademiyası kimi müxtəlifliyi və inklüzivliyi təşviq edən, həyatı dəyişən karyera imkanları yaratmaq üçün ortaq baxışa malikdir. Bundan əlavə, biz birlikdə ekoloji davamlılıq üçün çalışırıq. Bizim innovativ əməkdaşlığımız bu planları həyata keçirəcək”.