F-1.az xəbər verir ki, İspaniyanın paytaxtında açılan Formula1-in ilk rəsmi sərgisi o qədər uğurlu keçir ki, təşkilatçılar onun işini 16 iyula qədər uzatmaq qərarına gəliblər. İlkin qərara əsasən, İFEMA kompleksindəki sərgi iyunun 4-dək açıq olmalı idi.
Mart ayından etibarən F1 sərgisini on minlərlə ziyarətçi, o cümlədən bəzi Formula1 sürücüləri izləyib və biletlərin qiyməti təxminən 28 avro olsa da, ictimaiyyətin diqqətini cəlb etməsi təəccüblü deyil. İspaniyada dünya çempionatına maraq təkcə Karlos Sayns və Fernando Alonso kimi məşhur yarışçıların iştirak etdiyinə görə deyil, həm də Madrid Qran Prisi layihəsi ilə bağlı aparılan danışıqlara görə artır.
Xatırladaq ki, mart ayının üçüncü hissəsində rəsmi açılışı olan və fəaliyyətə başlayan sərgidə hazırda çempionatda iştirak edən bütün on komandanın eksponatları, o cümlədən 2020-ci ildə Bəhreyndə yanmış Roman Grosjeanın Haas VF-20-nin qalıqları, eyni mövsümdə İtaliya Qran Prisini qazanmış Pyer Qaslinin AlphaTauri maşını və bir çox tarixi bolidlər nümayiş etdirilir…