F1 şayiələrə aydınlıq gətirib

Çempionatın rəhbərliyi Əbu Dabi Qran Prisinin ləğv ediləcəyi ilə bağlı yayılan söhbətləri təkzib edib.

F-1.az bildirir ki, Qəzza zolağındakı münaqişə səbəbindən Əbu Dabidə keçirilməsi nəzərdə tutulan mövsümün son yarışının ləğv oluna biləcəyi ilə bağlı şayiələr yayılıb. Formula1 rəhbərliyi onları qəti şəkildə təkzib edərək, mərhələnin, eləcə də sonrasında təkər sınaqlarının keçiriləcəyini bildirib.

Xatırladaq ki, bu mövsümün təqvimində əvvəlcədən nəzərdə tutulan iki yarış ləğv edilib – Çin Qran Prisi növbəti dəfə koronavirusla bağlı olan məhdudlaşdırmalara “ilişib”, Emiliya Romanya Qran Prisi isə böyük daşqınlar səbəbilə keçirilməyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*