F1 rəhbərliyi İspaniya Qran Prisindən imtina etməyi planlaşdırmır

Almaniyanın Auto Motor und Sport saytı Barselonadakı yarışın ləğv ediləcəyini, onun əvəzində Silverstounda üçüncü yarışın baş tutacağını idda edib.

F-1.az xəbər verir ki, almanlar bu addımın Kataloniyada yoluxmaların yenidən artmasına görə atılacağını qeyd edib. Lakin son məlumatlara görə, çempionatın rəhbərliyinin belə bir niyyəti yoxdur. Racefans çoxsaylı mənbələrə istinadən yazır ki, Silverstounda üçüncü yarış müzakirə olunmur.

Buna əsasən deyə bilərik ki, mövsümün açıqlanan yarışlarında heç bir dəyişiklik gözlənilmir – sürücülər 2 və 9 avqust tarixlərində Silverstounda, 16 avqustda isə Barselonada titul uğrunda mübarizələrini davam etdirəcəklər.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*