F1 Porsche üçün hələ də prioritetdir

Porsche-nin idman direktoru Tomas Lodenbax bildirib ki, şirkətin 2026-cı ildə F1-ə qatılacağına artıq ümid yoxdur.

F-1.az xatırladır ki, əvvəllər Porsche-nin Red Bull ilə əməkdaşlıq üçün müqavilə bağlayacağı gözlənilirdi, lakin sonda razılaşma baş tutmamışdı.

Tomas Lodenbax: “Əlavə deyiləcək bir şey yoxdur, sadəcə razılaşmadıq. Red Bull ilə ortaq məxrəcə gəlməməyimiz heç də o demək deyil ki, Formula1 variantından imtina edirik. Biz bunda maraqlıyıq, lazımi şərait olsa vacib layihədir. Əgər belə deyilsə, onda bir şey etməyə çalışmamaq daha yaxşıdır. Bizi Formula1-ə daxil olmaq cəlb edir, buna görə də, Formula 1-in dəstək yarışı olaraq qalacaq Porsche Super Bowl-a ev sahibliyi etmək üçün müqaviləni uzatdıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*