F-1.az bildirir ki, çəkilişlər Silverstounda reallaşdırılıb, Williams komandası 40 illik yubileyni də bu trasda keçirmişdi. Videoda müxtəlif dövrlərin maşınları təmsil olunublar: əlbəttə, hər şey komandanın 1977-ci ildə çıxış etdiyi Williams March 761 maşınından başlayır. O zaman bu maşında əfsanəvi Cosworth DFV motoru çalışırdı. Sonuncu isə hibrid Mercedes motoru ilə çalışan bu ilin Williams FW40 maşınıdır.
Aydındır ki, F1 həvəskarları videoda maşınların səsinin dəyişməsi ilə yanaşı maşınların aerodinamikasının da necə təkmilləşməsini seyr edə bilərlər…