F-1.az artıq bu gün xəbər verib ki, F1-in başçısı sərbəsst yürüşlərin azarkeşlər üçün maraqsız olduğunu və saylarının azaltmaq istədiklərini deyib.
Nəzərə alsaq ki, Formula1 son vaxtlar fərqli yarış həftəsonu formatlarını sınaqdan keçirir, Domenikalinin bu cür sözləri hərfi mənada şərh edilə bilər. Bununla belə, Racingnews365-in məlumatına görə, söhbət cümə məşqlərindən tam imtinadan getmir.
Bununla belə, çempionat rəhbərliyi məşqlərin yarış həftəsonuna daha uyğun olması üçün necə dəyişdirilə biləcəyi ilə bağlı müxtəlif fikirləri müzakirə edir. Xüsusilə, Formula1-də sərbəst yürüşlərin nəticələrinə və hətta xallara görə sürücülərin mükafatlandırılması ilə bağlı təkliflər qiymətləndirilir. Resurs başqa təfərrüatlara yer verməyib.