F-1.az bildirir ki, layihə müəlliflərinin optimist planlarına görə, ilk yarış 2026-cı ilin avqustunda keçirilə bilərdi, lakin Formula1 onların ehtirasını çox tez soyudub.
Çempionatın rəsmi şərhçisi Crash.net-ə verdiyi qısa məlumatda bunları söyləyib: “Bizim Doklenddə yarış keçirmək planımız yoxdur. Silverstounla uzun müddətdir münasibətimiz varvvə davam edəcəyik”.
London meriyasından da Racingnews365-ə bildiriblər ki, onlar mərhələnin keçirilməsi planlarından xəbərsizdirlər: “Son vaxtlar Meriya ilə Formula1 arasında heç bir danışıqlar aparılmayıb. Bununla belə, mer yeni tədbirlərlə bağlı təkliflərə həmişə açıqdır”.