F1 liderləri ləngitmək istəyir

Formula1 rəhbərliyi yarışların gedişində intriqanı saxlamaq üçün lider gedən sürücüyə süni əngəllər yaratmaq ideyası üzərində işləyir.

F-1.az xəbər verir ki, artıq 2026-cı ildən etibarən tətbiq etmək istədikləri variantlardan biri “əks DRS”-dir.

Ross Braun: “2026-cı il maşınlarının əsas xüsusiyyətlərindən biri aktiv aerodinamikanın olmasıdır. Düşünürəm ki, bu, yarışların əyləncəsini artırmaq üçün əla addımdır. Bunun təhlükəsiz şəkildə necə edilə biləcəyini görmək qalır. Lider tərəfindən müəyyən bir üstünlük əldə edildikdə, biz onu ləngidə bilərik. Əgər aktiv aerodinamikanız varsa, əlbəttə ki, qarşıdakı avtomobilə təsir edə bilərsiniz. Qarşıdakı avtomobil bir qədər asfaltayatma qüvvəsini itirəcək, izləyən maşın isə əksinə, qazanacaq. Bunu müxtəlif yollarla etmək olar. Mən demirəm ki, biz edəcəyik, amma sınaqdan keçirə biləcəyimiz bir şeydir “

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*