F-1.az xəbər verir ki, bu qərarlardan biri də DRS barədədir. Belə ki, komissya qərara alıb ki, DRS-dən istifadəyə əsas yarışlarda və sprint yarışlarında startdan, restartdan və TM trası tərk etdikdən 2 dövrə sonra yox, 1 dövrə sonra icazə verilsin. Bununla da peletonun daha sıx olduğu bir anda daha gərgin mübarizəyə ümid edilir.
Yeni qayda 2024-cü ildə bütün yarışlarda tətbiq edilməlidir, lakin ona qədər gələn il yalnız sprint yarışlarında sınaqdan keçiriləcək.