F1 kleptomaniya ilə mübarizə aparır

Son vaxtlar bəzi azarkeşlərin yarışdan sonra trasa daxil olaraq bəzi yarışla bağlı olan şeyləri, məlumatlandırıcı lövəhələri özləri ilə aparması halları yaşanır.

F-1.az bildirir ki, adətən yarış başa çatdıqdan sonra azarkeşlərin bir hissəsinə trasa daxil olmağa icazə verilir – onlara podiumun altına toplaşa və mükafatlandırma mərasimini yaxından izləyə bilərlər.

Lakin xüsusilə son vaxtlar azarkeşlərin qayıdarkən reklam bannerləri, məlumatlandıra lövhələri və s. kimi şeyləri özləri ilə aparmaları müşahidə edilir. Daha sonra isə sosial şəbəkələrdə bu uğurlarından xüsusi bəhs edirlər.

Formula1 rəhbərliyi Fransa Qran Prisi ərəfəsində məhdudiyyətləri gücləndirmək qərarına gəlib. Artıq avtodrom ərazisi kameralar vasitəsi ilə xüsusi olaraq izləniləcək, oğurluq halı baş verərsə, görüntülər aidiyyəti qurumlara təhvil veriləcək. Bütün bunlara əsasən, onlayn hərraclarda yarış suvenirlərinin bahalaşacağını deyə bilərik…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*