F-1.az bildirir ki, bu məsələ müxtəlif zamanlarda F1-in əsas gündəm məsələlərindən biri olub.
Stefano Domenikali: “Formula1 həqiqətən də bu məsələdən narahatdır. Biz insan haqları ilə bağlı narahatlıqlara cavab olaraq birbaşa tədbirlər görməyə hazırıq. Müqavilələrimizdə də çox aydın bəndlər var ki, əgər nəyinsə düzgün istiqamətdə getmədiyini görsək, dərhal münasibətimizi dayandırmaq hüququmuz var. Buna nəzarət edən müstəqil auditorlar var.
İnanıram ki, insanların dəyişmək üçün real iradə nümayiş etdirdiyi və Formula1-in işığının bu prosesi sürətləndirməyə kömək etdiyi yerlərə getsək, biz daha güclü olacağıq”.