F-1.az xəbər verir ki, çempionatın rəhbərliyi bunu bir ultimatum kimi bildirmir, lakin hökumət yarışın keçirilməsinə mane olacaqsa, Silverstounu Hokkenhaym əvəzləyə bilər.
Formula1-in təmsilçilərindən biri məsələ ilə bağlı danışıb: “İki həftəlik məcburi karantin qaydasının hamıya şamil edilməsi Britaniya Qran Prisinin bu il baş tutmasına imkan verməyəcək. Bundan əlavə, Formula1 və təchizatçılara aid on minlərlə iş yerinə mənfi təsir göstərəcək.
Biz Avstriyadakı yarışlardan sonra Britaniyaya Formula1 üçün icarəyə götürülmüş xüsusi təyyarə ilə qayıtmağı planlaşdırmışıq. Hamı testdən keçiriləcək və karantin şəraitində qalmağa ehtiyac yaranmayacaq. Elit idman televiziyaya qayıdırsa, bizim üçün bir istisna edilməlidir”.