F1-in sahibləri Sulayemi vəzifəsindən uzaqlaşdırmaq istəyirlər?

Crash.net resursunun iddiasına görə, Liberty Media FİA prezidentini göndərmək istəyir və artıq onun əvəzinə namizədləri də var...

F-1.az sözügedən mənbəyə istinadən bildirir ki, amerikalıların namizədi BAR və Benetton komandalarının keçmiş rəhbəri Devid Riçardsdır. 70 yaşlı britaniyalının özü də bu vəzifəni tutmaqdan çəkinmir.

Cümə günü The Times prezidentə aid seksist ifadələri dərc etdikdən sonra FİA Muhamməd bin Sulayemi müdafiə etmək məcburiyyətində qalıb. Sulayem-in sitatı veb saytın köhnə arxivləşdirilmiş versiyasındadır və onun  “özlərini kişilərdən daha ağıllı hesab edən qadınları sevmədiyini” bildirdiyi qeyd edilib.

FİA sözçüsü bu məsələ barədə açıqlama verib: “Bu 2001-ci ildəki saytın saytın arxiv versiyasında yer alan ifadələr prezidentin mövqeyini əks etdirmir. O, idmanda qadınların və bərabərliyin təbliğində böyük təcrübəyə malikdir. Bu, onun manifestinin mərkəzində olub. İndi və idman üzrə vitse-prezident olduğu illər ərzində görülən tədbirlər bunu sübut edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*