F1-in avadanlıqları Monakoya çatıb

Formula1 daşqın səbəbindən bu həftəki yarışın ləğv edildiyi İmoladan minimal itki ilə ayrıla bilib.

F-1.az xəbər verir ki, televiziya avadanlıqları olan avtomobilləri su basıb, lakin enerji bloku yaxşı qorunub və zədələnməyib. Komandaların texnikasına da ziyan dəyməyib. Yarışın promouterinin sözçüsü, ACM Avtomobil Klubunun dediyinə görə, həftə sonu heç bir gecikmə gözlənilmir. Onlar dünən axşam üçün Formula1 avadanlığını gözləyiblər – bu, İmola yarışının keçirilməli olduğu vaxtdan 2 gün əvvəldir, ona görə də hər şey vaxtında hazır olacaq.

Xatırladaq ki, EMiliya Romanya Qran Prisi həmin bölgədəki əlverişsiz hava şəraiti və daşqınlara görə ləğv edilib. İmoladakı yarış ardıcıl 3 yarışlıq seriyanın ilki olmalı idi və komandalar logistika planlarını buna görə qurmuşdular. Bu amilin də komandalar üçün müəyyən problemlər yaradacağı barədə söhbətlər gəzirdi. Çünki İmola trasının giriş çıxışı, ona yaxın bir çox yollar fəlakətə görə bağlanmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*