F1-i qəbul etmək istəyən Madrid rəhbərliyi realistdir

İspaniya mətbuatı yazır ki, Madrid hazırda danışıqların dayandırılmasına baxmayaraq, gələcəkdə Formula1 yarışına ev sahibliyi etmək arzusunda olmaqda davam edir.
F-1.az xəbər verir ki, Madrid Muxtar İcmasının prezidenti İsabel Dias Ayuso Vozpopuli biznes nəşrinə müsahibəsində realist və səbirli olmağa, lakin optimist qalmağa çağırıb: “Mən əminəm ki, bu layihə reallaşa bilər, lakin hələlik biz danışıqları dayandırmalı idik, ona görə də gözləməli olacağıq. Şübhəsiz ki, şəxsən mənim müstəsna nikbin münasibətim var.
Söhbət İFEMA sərgi kompleksinin ərazisində tikilib sökülə bilən şəhər trasından gedir. Biz kompleksin mövcud əla infrastrukturunun elementlərindən istifadə edəcəyik, bütün bunlar onun restoranları və mağazaları ilə “musiqi mili” adlanan məkanla birləşdiriləcək. Hələ dünyanın heç bir yerində belə Formula1 trası yoxdur”.
İspaniya paytaxtının səlahiyyətliləri başa düşürlər ki, İspaniya Qran Prisi hazırda Barselonada təşkil edilir, onun 2026-cı ilə qədər qüvvədə olan Formula1 yarışına ev sahibliyi etmək üçün müqaviləsi var. Onun uzadılması ilə bağlı danışıqlar artıq aparılır, lakin İsabel Dias Ayuso nikbindir, Çünki, məsələn, heç kimin Silverstoundakı klassik yarışdan imtina etməməsinə baxmayaraq, London Qran Prisi haqqında söhbət davam edir.
Bununla belə, o vurğulayıb ki, Madrid layihəsi hələ ilkin mərhələdədir.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*