F1 fəlakət bölgəsinə yardım edib

Güclü yağışlar nəticəsində daşqınlara görə böyük itkilərlə qarşılaşan Emiliya Romanya bölgəsinə F1 rəhbərliyi 1 milyon avro bağışlayıb.

F-1.az xatırladır ki, bölgədəki fəlakət demək olar ki hər şeyə, o cümlədən Formula1-ə də təsir edib. Bu həftəsonu İmolada keçirilməsi planlaşdırılan yarış trasın da daşqınların təsiri altında olması səbəbi ilə ləğv edilib.

Stefano Domenikali: “Mən indi öz tarixinin ən kədərli anlarından birini yaşayan Emiliya Romanya bölgəsinin ecazkar torpaqlarında doğulub böyümüşəm. Bölgəmizin insanları dəhşətli vəziyyətlə üz-üzədir, lakin mən bilirəm ki, onların möhkəmliyi və ehtirasları bütün İtaliyada olduğu kimi, bu böhranı aradan qaldırmağa kömək edəcək. Bu çətin zamanda onlara dəstək olmaq üçün ianə etmək qərarına gəldik. Bütün Formula1 ictimaiyyəti adından fikirlərimi bütün zərərçəkənlərə çatdırır və biz fövqəladə hallar xidmətlərinə inanılmaz işlərinə görə təşəkkür etmək istəyirik”.

Qeyd edək ki, bundan əlavə, on komandanın hamısı və xidmət şirkətləri İmolaya gətirilən bütün ərzaqları yerli sakinlərə kömək məqsədilə ərzaq fonduna bağışlayıb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*