F1 elektrik mühərriklərə keçmək istəmir

Stefano Domenikali bu barədə son illərdə həmişə gəzən söz-söhbətlərə münasibətini bildirib.

F-1.az xəbər verir ki, italyan mütəxəssis növbəti illərdə karbon emissiyasının azaldılması üçün mühüm addımların planlaşdırılmasına baxmayaraq, tam elektriklə işləyən motorlara keçidi istisna edir.

Stefano Domenikali: “Formula1 heç vaxt elektrik motorlarına keçməyəcək. Siz mühərrikləri dəyişdirmədən və karbon emissiyalarından xilas ola bilərsiniz”.

Qeyd edək ki, bu həftə Avropa Parlamentinə üzv dövlətlərin ötən il əldə etdiyi razılaşmanı imzalayıb. Razılaşma 2035-ci ildən etibarən yeni benzin və dizel avtomobillərinin satışının qadağan edilməsini nəzərdə tutur. İmzalanmış sənəd həmçinin yeni avtomobillərin 2021-ci ilə nisbətən 2030-cu ildə havanı 55% daha az çirkləndirməsini tələb edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*