F-1.az xatırladır ki, Maks Ferstappen mövsümün ilk yarışında komanda yoldaşı Saynsın gerisinə düşəndən sonra radio vasitəsilə komandasına və komanda yoldaşına xoşagəlməz sözlər deyib, amma Formula1 dünyası hollandiyalı sürücünün bu hərəkətlərini birmənalı qarşılamayıb.
Sabiq Formula1 sürücüsü Martin Brandl Ferstappenin bu hərəkətləri üçün “Yaşını göstərdi” deyib…
Formula1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill isə bildirib ki, “Bu hərəkətlər Maksın hələ yetkinləşmədiyini göstərir…”
Eks F1 sürücüsü Adrian Kampos isə bildirib ki, Ferstappenin təhqiramiz sözlərdən istıfadə etməsi doğru deyildi: “Formula1-də qız kimi ağlayan sürücülər görürəm. Siz özünüz keçid etməlisiniz və öz yerinizi qazanmalısınız. İlk yarışdan komanda əmri doğru deyil. O, buna öyrəşməlidir. Siz kömək gözləmədən tras üzərində risk almalısınız”.
Tom Koronel: “O çox aqressivdir, ona görə də çox səhv edir. Etdiyi doğru deyil. Komanda ona dedi ki, sən tras üzərində Saynsı keçməlisən. Biz buna yarış deyirik”.
Maks Ferstappen isə komanda yoldaşı Karlos Sayns barədə bunları deyib: “Mən ondan sürətli idim, amma əlimizdən heç nə gəlmir. Komanda əmrlərinə qulaq asmayacam. Mən ondan bir neçə kilometr qabaqda olmalı idim”.