F1 Avstriyada yeni enerji sistemini sınaqdan keçirəcək

Avstriya Qran Prisi zamanı F1 yeni, daha səmərəli enerji istehsalı sistemini sınaqdan keçirəcək ki, bu da karbon qazı emissiyalarını ötənilki yarış ilə müqayisədə 90% azaldacaq.

F-1.az xəbər verir ki, yeni nəsil generatorlar Qran Priyə akkreditə olunmuş bütün televiziya şirkətlərinin nümayəndələrinin yerləşdiyi meydançanı, komandaların və FİA motorhomlarını, pit-leyni və yarışın texniki mərkəzini enerji ilə təmin edəcək. Bu qərar Formula1-in 2030-cu ilə qədər karbon neytrallığına nail olmaq üçün ekoloji strategiyasının bir hissəsidir.

Xüsusilə, generatorlar bioyanacaqla işləyəcək və Red Bull Rinqdə ümumi sahəsi 600 kvadratmetr olan günəş panelləri yerləşdiriləcək. Yeni sistem həftə sonu günlərində təxminən 2,5 meqavat-saat enerji istehsal edəcək.

Bu sistem nəinki daha səmərəli və ekoloji cəhətdən dayanıqlı, həm də daha etibarlı olacaq və komandalar öz generatorlarını idarə etməli olmayacaqlar. Həftəsonu ərzində Formula1 mütəxəssisləri gələcəkdə enerji sisteminin daha mükəmməl olması üçün onun işi haqqında məlumat toplayıb təhlil edəcəklər.

Ellen Cons, Formula 1-in Ətraf Mühit üzrə rəhbəri: “Bərpa olunan yanacaq proqramının həyata keçirilməsi ilə Formula1 idmanımızı daha dayanıqlı etmək üçün qarşısına yeniliklər qoyur ki, bu da digər sənaye sahələrinə təsir edə bilər.

Yeni enerji sistemi Avstriyada yalnız sınaq rejimində işləsə də, bu, bizim logistikamızı və bütün istehsal proseslərini daha səmərəli etmək üçün yeni yollar axtarmağa davam etmək niyyətimizi nümayiş etdirir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*