F1 Academy-yə 5 komanda üzv olub

Formula 1-in təsis etdiyi və 2023-cü ildən 2025-ci ilə qədər fəaliyyət göstərəcək F1 Akademiyasının qadın seriyasında mübarizə aparacaq beş komandanın adı açıqlanıb.

F-1.az xəbər verir ki, seriyanın icraçı direktoru Formula3 və Formula2-nin rəhbəri Bruno Mişel olacaq, eyni zamanda o seriyalarda yarışan 5 komanda – ART, Campos, Carlin, MP Motorsport və Prema artıq akademiyaya üzvdür. Hər komanda 165 at güclü Autotecnica mühərrikləri ilə hərəkətə gələn, Tatuus T421 şassisi üzərində qurulmuş üç maşınla yarışacaq.

Stefano Domenikali: “Gələn il F1 Academy-də yarışacaq gənc və istedadlı qadınlara əsl avtoidmanda səyahətə başlamaq üçün fantastik fürsət verən beş komandanın adını çəkə bildiyim üçün çox şadam. İnanırıq ki, hər kəs irəliləyiş və uğur qazanmaq üçün lazım olan dəstəyi və yardımı alacaq, çünki öz ambisiyalarını həyata keçirmək imkanının olması vacibdir. F1 Akademiyası avtoidmanda rəngarəngliyi artırmaq planımızın vacib hissəsidir və biz 2023-cü ildə ilk mövsümü səbirsizliklə gözləyirik. Xəbərləri izləyin!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*