F1 Academy-nin ilk iştirakçısı açıqlanıb

Keçən ilin sonunda çempionatın təşkilatçıları W Series, Formula3, Formula2 və Formula1 daxil olmaqla, daha ciddi çempionatlara keçid üçün gənc sürücüləri inkişaf etdirmək və hazırlamaq üçün F1 Academy qadın seriyasına start verdiklərini elan ediblər.

F-1.az xəbər verir ki, daha sonra seriyada iştirak edəcək beş komanda açıqlanıb – ART Grand Prix, Campos, Carlin, MP Motorsport və Prema komandaların hər biri starta üç maşın hazırlayacaq.

Bu gün təşkilatçılar ilk iştirakçının adını açıqlayıblar – 25 yaşlı isveçrəli Lena Büler bu il ART GP komandasında yarışacaq.

Büler 2020-ci ildə İspaniya Formula4-də karyerasına başlamazdan əvvəl kartinqdə bir mövsüm keçirib. O, 23 xal toplayıb və mövsümün sonunda 15-ci olub. 2021-ci ildə o, heç bir xal qazanmadan Avropa Formula Regional seriyasına keçib.

2022-ci ildə də heç bir yüksək səviyyəli uğur olmayıb – Lena Avropa Formula Regionalında iki mərhələdə start alıb və yalnız bir yarışda 26-cı yerdə finişə çatıb. Bundan əlavə, o, keçən mövsüm Asiya Formula Regional seriyasında altı yarışda iştirak edib və burada ən yaxşı nəticəsi Yas Marina trasında 12-ci yer olub.

Lena Büler: “Çox şadam ki, F1 Academy-nin ilk mövsümündə və hətta ART Grand Prix kimi komanda ilə yarışa biləcəyəm. Məni və komandamı qarşıda ciddi çağırış gözləyir, çünki bu çempionat haqqında öyrənəcəyimiz çox şey var, lakin mən hər şeyi həll etməyi səbirsizliklə gözləyirəm.

Bu, mənim avtoidmanda dördüncü mövsümüm olacaq, buna görə də öyrənməli olduğum çox şey var, lakin mən ART Grand Prix-in və tərəfdaşlarımın etimadını doğrultmaq üçün fiziki və mənəvi cəhətdən 100% verməyə hazıram, onların dəstəyi olmadan bu keçid mümkün deyildi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*