F-1.az xatırladır ki, son üç mövsümdə ispaniyalı sürücü W Series-də yarışıb və burada bir poul, bir qələbə və dörd podium qazanıb.
Marta Qarsia: “F1 Academy-də Prema-ya qoşulduğum üçün çox həyəcanlıyam. Mənim üçün bu, bacarıqlarımı nümayiş etdirmək üçün əla fürsətdir. Ən yaxşı yarış komandalarından biri olan Prema ilə bunu bacardığım üçün xoşbəxtəm. Onlarla işləməyi və yeni seriyada debütümü səbirsizliklə gözləyirəm”.
F1 ACADEMY-nin İLK MÖVSÜMÜNÜN İŞTİRAKÇILARI
Komanda | Sürücü |
ART Grand Prix | 1. Lena Büler |
2. Kərri Şrayner | |
3. Xloya Qrant | |
Campos Racing | 4. Nerea Marti |
5. Lola Lovinfoss | |
6. Mayte Kaseres | |
MP Motorsport | 7. Amna əl Qubaisi |
8. Həmdə əl Qubaisi | |
9. Emili de Heys | |
Prema Racing | 10. Byanka Bustamante |
11. Xloya Çonq | |
12. Marta Qarsia | |
Rodin Carlin | 14. Cessika Edqar |
15. Əbbi Pullinq | |
16. Meqan Cilks |