F.Demezon Hyundai-a keçib

Hyundai komandası Williams Formula1 komandasının sabiq texniki direktoru Fransua-Ksavye Demezon ilə müqavilə bağlayıb.

F-1.az xatırladır ki, təcrübəli mühəndis 2013-2016-cı illərdə Volkswagen-in Ralli komandasında işləmiş və almaniyalı istehsalçı o illərdə 4 dəfə Sürücülər və Mühəndislər Çempionatlnda qaıib gəlmişdi. Fransalı mütəxəssis daha sonra Yos Kapito ilə Williams Formula1 komandasına transfer olunmuşdu. Lakin tərəflər keçən ilin sonunda yolları ayırmışdılar.

Demezon bu ildən Renaut-ya qatılıb və Formula1-dən yaxşı tanıdığımız Siril Abitebul ilə işləyəcək. O, Hyundai-ın bütün avtoidman fəaliyyətlərində iştirak edəcək və güc qurğusu, maşın şöbələrini idarə edəcək. Bundan başqa İ20 N Rally1-i təkmilləşdirmək üçün WRC proqramının idarəçisi Kristian Lori ilə yaxından işləyəcək.

Qeyd edək ki, Hyundai-ın adı bu ildən Formula1 və WEC kimi vacib seriyalarla birlikdə çəkilir.

Fransua-Ksavye Demezon: “Hyundai Motorsport-dakı yeni vəzifəmə başladığım üçün çox şanslıyam. Hyundai-ın həm indiki, həm də gələcəkdəki yatırımları ilə, xüsusən də elektrikli yarışda əla potensialı olduğu hamıya məlumdur. Mənim vəzifəm Hyundai Motorsport-un istedadını təkmilləşdirmək və onları dünya səviyyəsində ən yaxşılardan biri etməkdir. Belə çətin vəzifələrdən həzz alıram. Birada işləmək üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*