F-1.az bildirir ki, F1 maşınını ilk dəfə idarə edən Vesti yekunda 24 sürücü arasında 22-ci olub.
Frederik Vesti: “İlk Formula1 testlərim inanılmaz oldu – hər şeyin necə gözəl keçdiyini təsvir etməyə sözlər bəs etmir. Mən 260 km/saat sürətlə döngələri idarə eddın keçirdim və boynumda 5G qüvvələrihiss edirdim. F1 maşınlarının gücü sadəcə inanılmazdır. Müxtəlif təkər tırkibləri ilə 124 dövrə vurdum. Karyeramın növbəti pilləsində – Formula1 simulyatorunda və Formula2-də işləməkdə kömək edəcək bu fürsəti əldə etmək mənim üçün son dərəcə vacib idi. Ümid edirəm ki, tezliklə Formula1 maşınının sükanı arxasına qayıdacağam və indi bu fürsətə görə Mercedes-ə minnətdaram”.
Mercedes-in baş yarış mühəndisi Endryu Şovlin Vesti-nin sınaqlarını belə şərh edib: “Frederik bu il bizim simulyatorumuz üzərində çox çalışıb, Əbu-Dabidə virtual və real avtomobil arasındakı fərqi hiss etmək üçün ilk fürsəti əldə edib. Gün ərzində qüsursuz işlədi, səhvlərdən qaçdı. Görünür, bu, çox xoşuna gəlib”.