F-1.az xatırladır ki, Ranault-nun zavod komandası kimi Formula1-ə qayıtmasından sonra Vassyör yarış direktoru təyin olunmuş və Siril Abitebulla birlikdə komandanı idarə edirdi. Lakin o, daha sonra verilən qərarla komandanın rəhbəri təyin edilmiş, Abitebul isə Enstoundakı zavoda qayıdaraq oradakı əməliyyatlara nəzarət etmişdi.
Rəsmi açıqlamada bildirilir: “Formula1 komandasını yenidən qurmaq üçün sərf olunan mövsümün ardından komanda və Frederik Vassyör ortaq məxrəcə gəliblər. Hər iki tərəf birlikdə keçirilən müddət ərzində formalaşan yaxşı münasibəti qorumaq və bunun gələcəkdə başqa formada davam etməsini gözləmək niyyətindədir”.
Renault yeni maşını fevralın 21-i təqdim edəcək və komandanın yeni rəhbərinin kimliyi də həmin gün aydın olacaq…