F.Vassyör: “Namizədlərin çıxışları qərar verməyimizi çətinləşdirir”

F-1.az xatırladır ki, Renault gələn mövsüm üçün Niko Hülkenberq ilə müqavilə bağlayıb. Lakin komandanın digər sürücüsünün kim olacağına hələ də aydınlıq gəlməyib.

Komandanın cari sürücülərinin – Kevin Maqnussen və Colion Palmerin taleyinin necə olacağı məlum deyil. Rəhbərlik bu iki sürücü ilə yanaşı, Esteban Okonun xidmətində də maraqlıdır. Eyni zamanda, Felipe Nasr və Sergey Sirotkinin adları da tez-tez hallanır. AutoSport-a danışan Vassyör Əbu Dabi Qran Prisindən əvvəl qərar verəcəklərini bildirib.

Frederik Vassyör: “Qərarımızı gecikdirdik, çünki hədəfimizdə olan sürücülərin bəziləri hələ Formula1-də yarışmayıblar, yarışanlar isə çox gəncdirlər. Hər yarışda onları izləyirik və daha çox məlumata sahib oluruq. Hər şeyi düşünmək mənim işimdir. İnsanların nələr baş verdiyini bilmək istəmələrini anlayıram, lakin bu işlər belədir. Həm öz sürücülərimiz, həm də digər sürücülər yaxşı təsir bağışlayırlar, buna görə də, qərar vermək çətindir.

Komandanın gələcəyinə zəmanət verən qərar qəbul etməli olduğumu bilirəm. Bizim üçün əsas olan sürücünün çıxışı, layihəmizə uyğunlaşa bilməsi, çalışqanlığı və komanda ilə olan münasibətləridir. Biz bunlara fikir vermək məcburiyyətindəyik, büdcəyə yox”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*