F.Vassyörün vəzifəsini Pilbim və Permeyn icra edəcəklər

Renault Motorsport-un rəhbəri Siril Abitebul bildirib ki, Vassyörün vəzifələrini Alan Permeyn və Keron Pilbim icra edəcəklər.

F-1.az xatırladır ki, dekabr ayında Permeyn komandanın əməliyyat direktoru, McLaren-dən gələn Pilbim isə baş yarış mühəndisi vəzifəsinə təyin olunmuşdular. Amma Vassyörün gözlənilməz ayrılığından sonra hamı Abitebulun işlərinin çoxalacağını desə də, fransalı rəhbər bunu təkzib edib: “Mənim vəzifəmlə bağlı heç bir dəyişilik olmayacaq. Amma bütün yarışlarda iştirak edəcəm və komanda rəhbərlərinin iclaslarına qatılacam. Qrup və baza arasındakı işlərin düzgün getdiyinə əmin olmağa çalışacam. Permeyn və Pilbimin komanda körpüsündə yaxşı işləyəcəyinə əminəm. Bizim hazırkı idarə quruluşumuz imkan verir ki, Vassyörün əvəzinə yeni bir adam gətirməyək.

Uğur üçün planlarımızı qurmuşuq. 2020-ci ildə çempion olmaq istəyirik. Bunu etmək üçün isə 2018-ci ildə podiuma yüksəlməliyik. Bu il orta qrupda olmalıyıq. 2017-ci ildə hədəfimiz 5-7-ci yerlərdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*