F.Vassyör yeni reqlamentdən razıdır

Ferrari komandasının yeni rəhbəri Frederik Vassyör bildirib ki, uğur bir adama bağlı deyil.

F-1.az xatırladır ki, keçən il Formula1-in texniki reqlamentində ciddi dəyişikliklər olub və əksəriyyət düşünür ki, bu dəyişikliklər idmanı daha da maraqlı edib.

Frederik Vassyör: “Əgər biz öndəyiksə, deməli reqlament yaxşıdır!

Zarafat bir yana son illərdə büdcə limiti, aerodinamik boruda məhdudiyyətlər və başqa şeylərə görə idmanın dinamikası dəyişdi. Buna görə də komandalar bir-birlərinə yaxınlaşdılar.

Bundan başqa motorların dondurulması da mübarizəni qızışdırır. Yəni ki, yeniliklər işə yarayacaq.

2017 və 2018-ci illərdə komandaların sıralanma performansları arasında 5 faiz fərq var idi. İndi isə bu 2 faizə düşüb. Hətta keçən il bu aralıq 1 faizə qədər düşdü. Formula1 bu reqlamentlə davam etsə, daha gözəl idman olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*