F.Vassyör: “Yeni qaydalar bizə kömək etməyəcək”

Renault komandası 2017-ci ildəki qayda dəyişikliyinə baxmayaraq, gələn ildən qələbə gözləmir...

F-1.az xatırladır ki, fransızlar 2015-ci ilin sonunda Lotus komandasını satın alaraq, 5 ildən sonra Formula1-ə zavod komandası kimi qayıdaraq bildirmişdilər ki, onlar ilk qələbəni 3 ildən sonra qazana bilərlər.

Formula1 mütəxəssisləri düşünürlər ki, gələnilki qayda dəyişikliklərindən sonra çempionatda qüvvələr nisbəti də dəyişəcək.

Amma Renault komandasının idman direktoru Frederik Vassyör bildirib ki, bu dəyişikliklər Renault komandasına xeyir gətirməyəcək: “Gələn il qalib gəlməyimiz mümkün deyil. Bu qaydalarla düzələcək məsələ deyil, eyni zamanda bünövrə ilə bağlıdır.

Formula1-də komanda qurmaq və idarə etmək vaxt tələb edir. İstədiyiniz nəticəni qazanmaq üçün ən azı 18 aya ehtiyacınız var. Yəni bu o deməkdir ki, iki il ərzində heç nə edə bilməyəcəksiniz.

Vəziyyət belədir. Daha böyük komandalar yeni qaydalar üstündə işləməyə əvvəldən başlayırlar və böyük ehtimalla indi də elə ediblər.

Əgər qaydalar bu gün dəyişilsəydi, bu bizə üstünlük gətirə bilərdi. Amma indi inanmıram ki, fərqi bağlaya bilək”.

Vassyör bildirib ki, onlar sürətli dəyişikliklər etməkdənsə, gələcəyin təməllərini atıblar: “Artıq nə edəcəyimizi dəqiqliklə bilirik. Bob Bell layihə üzərində var qüvvəsi ilə işləyir. İşə götürəcəyimiz işçiləri və lazımi investisiyaları təyin etməliyik.

İlk 4 ay ərzində indi görəcəyimiz işlərin planını qurduq. Amma problem deyil, çünki bu uzunmüddətli bir layihədir və gələn həftə böyük addımlar atmaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*