F-1.az xatırladır ki, isveçrəlilər mövsümü Aston Martin-in önündə 6-cı bitirərək, 2012-ci ildən sonra ən yaxşı nəticələrini qazanıblar.
Formula1-də Mühəndislər Kubokunda hər yer arasında 10-12 milyon dollarlıq mükafat fərqi var.
Frederik Vassyör: “Altıncı yer hesabına qış bizim üçün daha yaxşı keçəcək, çünki hamı müsbət əhval-ruhiyyədədir. Aston Martin-lə mübarizə də bizim üçün əla idi. Bir hədəfimiz oldu. Maliyyə cəhətdən də faydası var. Hər qazandığımız pul bizim üçün fərq yaradacaq. 10 milyon dollarla çox şey etmək olar”.