F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, Ferrari gələn il Sauber komandasında ya Lekleri, ya da Covinatsini yarışdırmaq istəyir. Markus Erikssonun sponsorlara görə komandada qalması gözlənilir.
Frederik Vassyör: “Markusun böyük sponsor dəstəyi olduğu üçün komandada saxlamaq böyük səhv olar. Əgər Sauber komandasını əvvəlki illərinə qaytarmaq istəyiriksə, komanda olaraq hər şeyi düzgün etməliyik. Covinatsi ilə bağlı Ferrari ilə danışıqlar aparırıq. Əvvəlcə mühərrik məsələsini həll etməyə çalışdıq və daha sonra pilotlar barədə düşünməyə qərar verdik. Hələ ortaq məxrəcə gəlməmişik. Builki sürücülərimizlə də davam edə və ya biri ilə yolları ayıra bilərik. Paskal hər şeyi başa düşür. Onunla DTM-də işləmişəm və əminəm ki, yaxşı insandır”.