F.Vassyör: Tiffoziyə görə sürücülərin yarışmasına icazə verdik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Tiffoziyə görə sürücülərin yarışmasına icazə verib.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri doğma publika önündəki yarışa 1 və 3-cü yerlərdən başlayıblar. Ancaq yarışda gözlənildiyi kimi Red Bull komandasının sürücüləri təkərləri daha yaxşı istifadə ediblər və Maksla Peres yarışı 1 və 2-ci yerlərdə bitiriblər.

Yarışın sonlarında isə Karlos Saynsla Şarl Lekler arasında podiumun son pilləsi uğrunda gərgin mübarizə gedib.

Lakin Frederik Vassyör sürücülərinə yerinizi qoruyun mesajı verməyib. Əksinə bir-birlərinə zərər verməmək şərti ilə onların yarışmalarına icazə verib.

Frederik Vassyör: “Əgər sürücülərimə yerinizi qoruyun desəydim, bu dəfə də insanlar deyəcəkdi ki, sürücülərinin yarışmasına icazə vermir.

Sonda söz demək həmişə asan olur, amma biz bu yolla Tiffoziyə dəstəklərinə görə təşəkkür etdik. Yarışın bitməsinə 5 dövrə qalmış mübarizəyə son vermək doğru olmazdı.

Onlara güvənsəm də, dedim ki, risk almayın. Mən bu qərardan və sürücülərin gördüyü işdən çox razıyam.

Bu mövzuda son qərarı mən vermək istəyirdim və buna görə də risk etməyin dedim. Əgər onların mübarizəsinə son versəydim, narahat olardım. Bu nəticədən çox razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*