F-1.az xatırladır ki, isveçli sürücü 9-cu yeri tutaraq, Sauber komandasına keçən ilin Barselona yarışından sonra ilk xalları qazandırıb. Bu xallar eyni zamanda Frederik Vassyörün komandaya gəlişindən sonra qazanılan ilk xallardır.
Frederik Vassyör: “Bəhreyndəki nəticə komandanın bütün işçilərinə əla hədiyyə oldu. Sıralanma turundakı zəif performansımızı yarışda kompensasiya edə bildik. Komanda yaxşı işlədi. Markus da əla iş gördü. Qış ərzində üzərində çalışaraq hədəflərinə çatdı. Şarl da yaxşı yarışdı və tempi pis deyildi. Pit-stopa erkən gələrək, çox vaxt itirdi”.