F.Vassyör: “Sirotkinə daha çox test şansı verəcəyik”

Renault komandasının rəhbəri Frederik Vassyör bildirib ki, komandanın test sürücüsü Serqey Sirotkinlə 2017-ci ildə də işləyəcəklər və rusiyalı daha çox testdə iştirak edəcək.

F-1.az xatırladır ki, Sirotkin 2016-cı ilin əvvəlində Renault komandasının test sürücüsü olmuş, Soçi və İnterlaqosda birinci sərbəst yürüşlərdə iştirak etmişdi. Renault 2017-ci il üçün Hülkenberq və Palmer ilə müqavilə bağladığı üçün Sirotkinin komandada qalacağı müəmmalı idi.

Amma Vassyör bildirib ki, rusiyalı sürücü komandada qalmağa davam edəcək: “Serqey Soçidə əla iş gördü. Komandanın verdiyi bütün tapşırıqları yerinə yetirdi. Keçən həftə İnterlaqosda da eynisini etdi. Komanda və mühəndislərlə münasibəti yaxşıdır. İşinə fokuslanıb və bizimlə çoxlu vaxt keçirdir. Serqey ilə işbirliyini inkişaf etdirmək istəyirik. Onun komandaya bağlılığını və stabilliyini çox bəyənirəm. Boliddə həmişə daha güclü olur. O, doğrudan da, yaxşı işləyir.

Braziliyada və Soçidə gördüyü işlərə görə ona güvənirəm. Ona daha çox test şansı vermək istəyirik. Belə olan halda, özünü daha yaxşı göstərə bilər. Onun potensialına güvənirəm.

Ona bir şans verdik və çox güclü idi. Gələn il tamamilə yeni bolid və yeni təkərlərlə çətin bir il olacaq. Komandada üçüncü sürücüyə ehtiyacımız var. Hazırda onunla danışıqlar aparırıq”.

Sirotkin keçən il GP2-də üçüncü yeri tutmuş və ilin əvvəlində ART komandasına transfer olunmuşdu. Rusiyalı sürücü bu mövsüm Macarıstan və Hokkenhaymda qələbə qazansa da, çempionatda 135 xal toplayıb və 4-cü yerdədir.

Frederik Vassyör
: “Onun üçün qəribə mövsüm oldu. Mövsüm ərzində sıralanma turunda güclü idi, amma çox problem yaşadı. Sıralanma turu nəticələrinə baxsaq, görərik ki, bu mövsüm çox güclü idi. Çempionluğu sürətinə görə yox, səhvlərinə və mexaniki problemlərə görə əldən verdi. Çempion olmaq üçün sürəti olsa da, problem yaşayanda qalib gəlmək mümkünsüz olur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*