F-1.az xatırladır ki, Ferrari-də hər iki sürücü şənbə günü zidd performanslar göstəriblər. Karlos Sayns 5-ci başladığı sprint yarışında 3-cü olaraq, komandasına 6 xal qazanfırıb. Şarl Lekler isə 9-cu başladığı yarışda Okon və Norrislə mübarizə aparıb və sonda 11-ci yerlə razı olub. Monakolu sürücü sprint yarışından xalsız ayrılıb.
Frederik Vassyör: “Karlos Sayns çox gözəl şənbə günü keçirdi. Səhər bir neçə texniki problem yaşadıq, amma hər şeyi sürətlə bir araya gətirdi və böyük risklər almadan nəticə qazandı. Yarışda da düzgün sürərək, vacib xallar qazandı.
Şarl isə çətin gün keçirdi. Bu hava şəraitində çox çətinlik çəkdi. Rəqiblərini keçməyə çalışanda arxadakılar tərəfindən keçildi. İndi isə əsas olan odur ki, sprint yarışından dərs çıxarıb, əsas yarışa fokuslanaq. Bazar günü yağış olmayacaq və cümə günü göstərdiyimiz tempi təkrarlayaraq, yaxşı nəticə qazanmağa çalışacağıq.
Yarış hamı üçün çətin olacaq, çünki medium təkərlərlə yarış tempində işləyə bilməmişik. Buna görə də bütün sürücülərin işi çətin olacaq. Yenə də yarışa ikinci və üçüncü yerdən başlayırıq. Bu da yaxşı xallar toplamaq üçün gözəl fürsətdir”.
Frederik Vassyör rəqibləri Red bul-un sürücü Maks Ferstappenə təriflər yağdırıb: “Doğrudan da hər şəraitdə güclüdür. Quru, yaş, yarı yaş, dolu çən, boş çən fərq eləmir. O həmişə mübarizənin içindədir. Belə hava şəraitində onu məğlub etmək çətindir.
Ancaq biz özümüzə köklənmişik. Son həftələrdə inkişaf etmişik və Karlos sprint yarışında podium qazandı. Əsas yarışa ikinci və üçüncü yerdən başlayırıq. Bunu düşünərək hərəkət edəcəyik”.