F-1.az xatırladır ki, əksəriyyət Vassyörün Karlos Saynsı ikinci pilot edəcəyini düşünür.
Frederik Vassyör: “Karlos Saynsa güvənirəm. Onunla bir neçə dəfə müqavilə bağlamaq istəmişdim. Birincisi 2017-ci ildə Renault-da işləyərkən, ikinci isə Sauber-də… Amma bacara bilməmişdim. Ondan sonra öz-özümə dedim ki, onun yarışdığı komandaya getməliyəm.
Onunla münasibətimiz həmişə yaxşı olub. Ona güvənirəm. Artıq potensialını göstərib. Onların bərabər şəraitdə yarışması komanda üçün vacibdir”.