F-1.az xatırlaıdr ki, Monakodakı sıralanma turunda Lekler üçüncü olsa da, cərimələniyi üçün yarışa 6-cı yerdən başlayacaq. Komandanın digər sürücüsü Karlos Sayns isə 5-ci olsa da, yarışa 4-cü yerdən start verəcək.
Frederik Vassyör: “Lekler ilk cərhədən 0.02 saniyə, pouldan isə 0.1 saniyə geridə idi. Yəni performans yaxşıdır. Sıralanmada düzü daha yaxşı nəticə gözləyirdik. Əslində daha yaxşı nəticə mükün idi, amma edə bilmədik, çünki üçüncü sərbəst yürüşlər istədiyimiz kimi keçmədi. Çox geridə qaldıq. Sıralanma turunda özümüzə gəlməyə çalışsaq da, gec idi. İndi isə yarışda daha yaxşısını etməliyik.
Performansımız yaxşı olsa da, hər şeyi bir araya gətirməliyik. Dediyim kimi üçüncü sessiyadan yaxşı faydalana bilmədik və geridə qaldıq. Sıralanam turunda isə ən yaxşılardan idik. Ümumilikdə performansdan razıyam. Özümüzü təkmilləşdirməliyik və bunu edə biləcəyimiz sahələr var. Növbəti həftə Barselonaya yeniliklər gətirəcəyik.
Ümid edirəm ki. Fernando ilk döngədə əlindən gələni edər. Bu da bizim üçün yaxşı ola bilər. Zarafat bir yana yarışa köklənməli və yaxşı iş görməliyik. Monakoda ötmə etmək çətindir. Buna görə də strategiya cəhətdən güclü olmalıyıq”.