F.Vassyör: Motordan narahat deyilik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, güc qurğusunun etibarlılığına güvənir.

F-1.az xatırladır ki, Şarl Lekler mövsümün ilk yarışı Bəhreyndə mühərrik problemi yaşamış və mübarizəni dayandırmışdı. Monakolu sürücü mövsümün ikinci yarışı Ciddədə üçüncü elektronik idarəetmə blokuna keçib və yarışın startında 10 yer itirəcək.

Frederik Vassyör: “Bəhreyndəki texniki problemlərin səbəbini bilirik. Ancaq risk almaq istəmədik və iki bolidin də güc qurğusunu yenilədik.

Leklerin ilk motorunu hələ istifadə edə bilərik, amma bunu sonrakı yarışlara saxlayacağıq. Əminəm ki, bu yarış problem yaşamayacağıq. Motor cəhətdən narahat deyilik.

Mübarizə yaxındır. Görək nə edirik. Ciddə trası bizə uyğundur. Ümid edirəm ki, yarışdan yaxşı nəticə qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*