F-1.az xəbər verir ki, Renault-nun pilotları ilə bağladığı müqavilə uzunmüddətli deyil. Danimarkanın TV2 kanalına müsahibə verən komandanın texniki direktoru Frederik Vassyör bu barədə danışıb: “Hər iki pilotumuzla da müqaviləmiz birillikdir. Formula1 sürətlə dəyişikliyə uğrayan bir idman növüdür. Buna görə də, sürücülər adətən bir komandada 4-5 il qalmırlar. Biz bu il nəticə əldə etmək istəyirik. Amma sürücülərimizdən yaxşı nəticə gözləmək üçün onlara yaxşı maşın verməliyik. Hər şey sıra ilə olmalıdır”.
F.Vassyör: “Maqnussen və Palmerin müqaviləsi birillikdir”
Keçən ilin sonunda Lotus-u alaraq yenidən zavod komandası kimi Formula1-ə qayıdan Renault-nun sürücü heyəti tamamilə dəyişilmiş, Colion Palmer Roman Qrojanı əvəz edərkən, Kevin Maqnussen də son anda Pastor Maldonadonun yerini tutmuşdu...