F.Vassyör: Macarıstan bizə uyğundur

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Hunqarorinq trası kağız üstündə Ferrari üçün əlverişlidir.

F-1.az xatırladır ki, Silverstounda bazar günü əsən küləyə görə sürücülər maşını idarə etməkdə çətinlik çəkiblər.

Yarışdan sonra Lekler və Sayns bildiriblər ki, onlar bu havada bolidi idarə etməkdə çətinlik çəkiblər. Buna görə də komanda yüksək sürətli döngələrdə daha yaxşı performans göstərmək üçün bəzi yeniliklər edib.

Frederik Vassyör: “Şərait Mayamidəki kimi olsa da, performansımız daha yaxşı idi. Bolidin balansını artırmaq üçün bu sahədə işlər görürük. DRS qatarında rəqiblərimizdən daha çox əziyyət çəkdik. Ancaq bu da maşının bir xüsusiyyətidir.

Macarıstan kağız üzərində bizim üçün əlverişlidir. Amma paketin trasa uyğun olması ilə iş bitmir. Etdiyiniz sazlanmalar, həftəsonuna hazırlıq və cümə sərbəst yürüşləri çox vacibdir. Bunlar Budapeştdə daha da vacib olacaq, çünki orada ötmə etmək daha çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*