F-1.az xatırladır ki, monakolu sürücü keçən il Formula2-də hegemonluq edərək çempion olduqdan sonra bu il Sauber komandası ilə Formula1-də debüt edəcək.
Frederik Vassyör: “Şarlı kartinq vaxtlarından tanıyıram. O, ilk sürücüdür ki, onunla həm aşağı seriyalarda, həm də Formula1-də bir işləyəcəm. Buna görə sevincliyəm. İndiyə kimi heç bir məlumat toplantısını qaçırmadı. Toplantı bitən kimi bəziləri otelə qayıdır, amma Şarl qalıb suallar verir. 20 ildir gənc sürücülərlə işləyirəm və 2019-cu ildə Sauber-in gənc sürücü proqramını qurmaq istəyirəm. Ancaq bunun üçün Şarl kimi potensiallı adamlara ehtiyacım var”.