F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndə sıralanma turunda son cəhdinə çıxmayıb və 3-cü yeri tutub.
Frederik Vassyör: “Sıralanma turu yaxşı keçdi. Sessiyadan əvvəl kimin harada olduğunu bilmirdik, çünki testlərdə heç kim eyni yanacaq yükü ilə işləməmişdi. Ancaq Red bull-larla mübarizə apardıq və Şarl üçün sabaha yeni təkər dəsti saxladıq.
Məncə, bu doğru seçimdir. Karlos ilk cəhdində zəif idi və buna görə ikinci dəfə onu buraxdıq və
nəticəsini yaxşılaşdırdı.
Lekler üçün bir dəst Soft təkər saxlamaq taktikasını daha əvvəl danışmışdıq. Xallar bazar günü verilri və bizim üçün yarış daha önəmlidir. Bəhreyndə təkər qorumaq çox vacibdir. Məsələn, Monte Karloda bunu edə bilmərik. Bu hal trasdan trasa dəyişir. Komanda olaraq yaxşı işlədik.
Sürücülər mübarizəni sevirlər. Onlara yarış üçün sıralanma turunu fəda edirik demək çətindir. Lakin bunu əvvəldən danışmışdıq və etməyə qərar verdik”.