F.Vassyör koronavirusa yoluxub

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör də Koronavirus xəstəliyinə tutulub.

F-1.az xatırladır ki, bu gün Bəhreyndə mövsümöncəsi testlərə start verilib. Sessiyadan əvvəl isə sürücülərdən və komanda işçilərindən koronavius testi götürülüb. Beləliklə, Frederik Vassyörün testi pozitiv çıxıb.

Alfa Romeo komandası bu barədə belə açıqlama verib: “Frederik Vassyörün Covid-19 testi pozitiv çıxdığı üçün mövsümöncəsi testlərdə iştirak etməyəcək. O Fransa qanunlarına görə evində özünü təcrid edib. İki gün sonra isə onun testi neqativ çıxdı. Lakin Vassyör komandanın işçilərini və rəqibləri yoluxdurmamaq üçün Bəhreynə gəlmədi.

O, testə gəlməsə də, Boksla davamlı əlaqə saxlayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*