F-1.az xatırladır ki, Ferrari Albert Parkda vahid dövrədə zəif görünsə də, Karlos Sayns yarış tempində Ferstappendən sonra ən sürətli sürücü idi.
Frederik Vassyör: “Melburnda DRS-nin təsiri böyükdür. Buna görə də Qasli bizə 1 saniyədən daha yaxın idi. Burada maşınlar əvvəlki yarışlara nisbətən daha yaxın idilər. Performansımız və stabilliyimiz artsa da, istədiyimiz kimi deyil. Bu yarışdakı verilən cəza bizi növbəti yarışlarda daha motivasiyalı edəcək”.